Əlvida ibtidai sinif adlı tədbir

Bakı şəhəri 74 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Nuriyyə Məhərrəmovanın rəhbərlik etdiyi 4A sinif şagirdləri ilə "Əlvida ibtidai sinif" adlı tədbir təşkil edildi. Balaca məktəblilər kiçik səhnəciklərlə, rəqs və ifa etdikləri mahnılarla dinləyənlərə maraqlı anlar yaşatdılar. Sonda məktəbin direktoru Murad Zeynalov, təlim-tərbiyə işləri üzrə direktor müavini Ofeliya Əliyeva çıxış edərək dördüncüləri təbrik etdi, onlara uğurlar arzuladı.