Adab-ı Muaşeret ”ƏDƏB QAYDALARI” eTwinning Projesi başa çatdı

       Məktəbimizin 4ç sinif  müəllimi İradə Məlikovanın  2021-2022-ci  tədris  ilinin I yarısından dəvət aldığı  Mustafa GÜDEKin   rəhbərliyi altında  “Adab-ı Muaşeret”   -  ”ƏDƏB QAYDALARI”  eTwinning   layihəsi uğurla öz işini başa  vurdu. Türkiyədən 10,  Azərbaycandan 2 müəllimin yer aldığı proje  öğrencilərə sokakta, medyada, oyunlarda və ibadətlərdə  Adab-ı  muaşeret kuralları - ”ƏDƏB QAYDALARI ”ilə bağlı çox faydalı  oldu . Dekabr  ayında başlayan proje 5 ay sürdü.  Layihənin bağlanış vebinarında İradə Məlikovanın söylədikləri: “Adab-ı Muaşeret”  layihəsində məqsədimiz cəmiyyətimizdə unudulmuş gözəl davranışların qeydlərini araşdırmaq  idi. Layihə boyu  şagirdlərim  həyatda çox rast gəlinən Ədəb mövzularına uyğunlaşmaqda çətinlik çəkmədilər. Onların diqqəti, məlumatlılığı artdı. Məktəbdə, ictimai yerlərdə, küçədə, mediada, oyunlarda dərhal etiket qaydalarına,davranışa daha  çox diqqət yetirməyə  başladılar. Layihə boyu layihə işlərini təqvimə uyğun tamamladıq və müxtəlif tapşırıqlar üzərində işləmək maraqlı oldu. Qarışıq ölkə komandaları ilə çox işlər etdik. Mozaika işimiz, “Yeni il” təqvimi, “Hər yerdə Ədəbi Muaşeret” adlı şeirimiz və küçədə, mediada, oyunlarda və ibadətlərdə etiket hekayəmiz  son işimizdir. 21-ci əsrin yaradıcılıq, məhsuldarlıq, əməkdaşlıq, məsuliyyət, texnoloji bacarıqları kimi bacarıqlarını özündə cəmləşdirən bu layihədə şagirdlərim Veb 2 alətləri və onlardan istifadə qaydalarını da öyrəndilər”. Kapanış  vebinarında Proje kurucusu Mustafa GÜDEK çok iyi bir proje ekibi ile yola çıktıklarını ve öğrencilerin bu proje sayəsində topluma faydalı bilgilər qazandırdığını söylədi. Layihə mövzumuzla şagirdlərimiz unudulmuş dəyərlərimizi öyrəndilər. Küçələri təmiz saxlamaq, küçələrdə nalayiq və narahatedici davranışlardan çəkinmək, Sosial medianın virtual mühit olmasına baxmayaraq, tam azad olmadıqlarını, daha diqqətli davranmalarının, mediadan daha faydalı şəkildə istifadə etmələrinin, oyunlarda uduzmağın da, məğlub olmağın da təbii olduğunu dərk edərək  bir çox ədəb qaydalarını öyrəndilər.Oruc tutanlara qarşı həssas olmaq, tutmayanları mühakimə etməmək kimi bir çox müsbət davranışlar inkişaf etdirildi. Həqiqətən də gündəlik həyatımızda etinasızlıq göstərdiyimiz və arxa plana atdığımız bəzi davranışların gündəlik həyata uyğunlaşmasını fəaliyyət və bir-birindən maraqlı tapşırıqlarda göstərdilər. Əslində uşaqlar  bizim dəyərlərimizin nə qədər gözəl olduğunu və bu dəyərlərlə həyatın daha  gözəl, daha mənalı  yaşana biləcəyini anladılar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi