Təhsilalanların hər hansı peşə istiqaməti üzrə əmək və sahibkarlıq fəaliyyətinə marağının öyrənilməsi

Azərbaycan Respublikası Təhsil Nazirinin 29.07.2021-ci il tarixli F-382 nömrəli əmrinə 1 nömrəli əlavəyə uyğun olaraq "Ümumtəhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili"üzrə Fəaliyyət Planına əsasən 10.05.2022-ci il tarixdə 74 nömrəli tam orta məktəbin peşəyönümü üzrə koordinatoru Bayramova Vüsalə və məktəbin psixoloqu İrina Əliyeva 9-ci sinifdə "Təhsilalanların hər hansı peşə istiqaməti üzrə əmək və sahibkarlıq fəaliyyətinə marağının öyrənilməsi" adlı söhbət aparıb. Şagirdlərin peşə haqqında təsəvvürləri öyrənildikdən sonra onlara peşənin məqsədi, növləri, peşə seçiminin strategiyası barədə məlumat verilib.