9 NOYABR-DÖVLƏT BAYRAĞI GÜNÜ

9 NOYABR - Azərbaycan Respublikasının Dövlət bayrağı gününə həsr olunmuş tədbir 1 B sinfi tərəfindən qeyd olundu.Şagirdlər himnimizi oxumaqla tədbiri açıq elan etdilər.Azərbaycana və bayrağa aid müxtəlif şeirlər söylədilər.Sinif rəhbəri Məmmədova Məlahət dövlətimizin rəmzlərindən olan: üçrəngli bayrağımızın tarixi, onun rənglərinin ifadə etdiyi mənaları haqqında danışdı.Tədbirin sonunda şagirdlərimiz bayrağımızın Qarabağda dalğalanacağına and içdilər.