"Oxu Günü" ilə əlaqədar tədbirlər davam edir

   22.04.22 tarixdə məktəbdə “Oxu günü” ilə əlaqədar sərgi təşkil edildi. Sərgidə məktəbin direktoru Zeynalov Murad, təşkilatçı müavin Bayramova Vüsalə, təlim tərbiyə işləri üzrə direktor müavini Əliyeva Ofeliya iştirak etdilər. Tədbirlər çərçivəsində məktəbdə Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü barədə şagirdlərə zəruri məlumatlar çatdırılıb, müxtəlif məkanlarda şagirdlər tərəfindən seçmə yolla bədii əsərlərin oxusu və müzakirəsi təşkil edilib.

Ümumiyyətlə, mütaliə, yazı və nitq mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə aprel ayı məktəbdə kitabxana xətti ilə şagirdlərin geniş cəlb olunduğu “Mütaliə aylığı” elan edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi