22 aprel-Beynəlxalq Yer Kürəsi Günü qeyd edilib

    Təhsilalanların ekoloji maarifləndirilməsi, onların ekoloji biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təmin edilməsi məqsədi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-138 nömrəli əmri ilə təsdiq edilmış "Təbiəti qoruyanlar"adlı layihənin icrası istiqamətində tərtib edilmiş Tədbirlər Planına uyğun olaraq 22.04.2022-ci il tarixində 74 nömrəli tam orta məktəbdə Mirzəliyeva Bikənin rəhbərlik etdiyi 3K sinfində "Yer Günü" adlı yarışma təşkil edildi. Yarışda məktəbin direktoru Zeynalov Murad,təlim- tərbiyə işləri üzrə direktor müavini Əliyeva Ofeliya, ibtidai sinif müəllimi Ağayeva Xəyalə iştirak ediblər. Şagirdlər tərəfindən Yer Kürəsi, burada baş verən proseslər və qlobal ekoloji problemlər haqqında maraqlı suallar cavablandırıldı. Müəllimlər şagirdlərlə interaktiv şəkildə canlı və cansız təbiətin qorunması mövzusunda diskussiyalar apardılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi