"Oxu günü" tədbiri keçirilib

Şagirdlərin şəxsiyyət kimi formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, bədii təxəyyülün, məntiqi təfəkkürün inkişafında, vətəndaşlıq tərbiyəsində mütaliənin rolunu nəzərə alaraq, milli dəyərlərin, mənəvi irsin qorunması zəminində Azərbaycan Respublikası Təhsil nazirinin 04 aprel, 2019-cu il tarixli F-103 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-147 nömrəli əmrinə əsasən 74 nömrəli tam orta məktəbdə 22.04.2022-ci il tarixində Ramazanova Şəcahanın rəhbərlik etdiyi 4C sinfinin iştirakı ilə möhtəşəm "Oxu günü" tədbiri keçirilib. Tədbir məktəbin 16-a yaxın sinfini əhatə edib. Öncə şagirdlər oxuduqları kitablar haqqında məlumat verdilər.Daha sonra təşkil olunmuş sərgilər nümayiş etdirildi.Tədbirdə məktəbin direktoru Zeynalov Murad, təlim tərbiyə işləri üzrə direktor müavinləri Ə.Ofeliya, H.Flora təşkilatçı müavin B.Vüsalə müəllimlər valideynlər iştirak etdilər.