"31 Mart Soyqırım günü ilə bağlı təşkilat saatı keçirildi.

31 mart 2022-ci il tarixdə 74 nömrəli tam orta məktəbin 7B sinfində azərbaycan dili müəllimi R.Natavanın rəhbərliyi ilə "31 Mart Soyqırım günü ilə bağlı təşkilat saatı keçirildi.
Əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi R.Natavan öz çıxışında 1918-ci ilin martında Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş soyqırımın tariximizin faciəli səhifələrindən biri olduğunu söyləydi. Eləcə də 200 ildən bəri ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin, soyqırımın tarixi, səbəbləri barədə məlumat verdi, xalqımızın zaman-zaman qarşılaşdığı problemlərdən bəhs etdi.