Şagirdlər öz əlləri ilə becərdikləri səmənilər ilə şəhidləri yad etdilər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 01.03.2021-ci il tarixli F-85 nömrəli əmrinə əsasən “Bahar çələngi” layihəsinin icrası ilə bağlı Tədbirlər Planı təsdiq edilmişdir.
“Bahar çələngi” layihəsinin icrası 74 nömrəli tam orta məktəbdə davam edir.
19.03.2022 tarixində 74 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Natəvan Nəsrullayeva və rəhbəri olduğu 3E sinif şagirdləri Novruz bayramında Şəhidlər xiyabanını ziyarət etdilər. Şəhidlər xiyabanı-Ölkəmizin ərazi bütövlüyü, xalqımızın azadlığı, sərhədlərimizin bütövlüyü uğrunda canlarını fəda etmiş mərd bacı və qardaşlarımızın məzarları olan yerdir. Sinif şagirdləri müqəddəs and yerimiz olan “Şəhidlər xiyabanı”nı ziyarət etdilər. Şagirdlər Azərbaycan tarixinin şərəf və qəhrəmanlıq səhifəsinə qızıl hərflərlə yazılan, sözün əsl mənasında qəhrəmanlıq səlnaməsi yaradan şəhidlərimizin məzarı önünə öz becərdikləri səməniləri düzərək, ruhları qarşısında baş əydilər.
Uca Tanrıdan qəhrəman soydaşlarımızın ruhuna rəhmət diləyir, ailələrinə səbr arzulayırıq.