“Bahar Çələngi" adlı Novruz tədbiri keçirildi

         Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 01.03.2022-ci il tarixli F-85 N-li əmrinə əsasən martın 17-də 74 nömrəli tam orta məktəbdə Ə.Səmranın rəhbərlik etdiyi 3 B sinfində “Bahar Çələngi” adlı təntənəli bayram tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirlməsi ilə başlanıb. Məktəbin direktoru Zeynalov Murad tədbir iştirakçıları və qonaqları salamlayaraq tədbiri açıq elan edib.

Tədbirdə şagirdlər xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, ilaxır çərşənbələrinin mahiyyəti, Novruz atributları haqqında geniş məlumat verib. Novruz bayramının bolluq və bərəkət təcəssümü olan səməni və müxtəlif şirniyyat nümunələri süfrələri bəzəyib. “Bahar çələngi” adlı Novruz guşələri və divar qəzetləri hazırlanıb.

Məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər bayram tədbirində iştirak ediblər. Konsert proqramı bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb. Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi