"Bahar çələngi" layihəsinin icrasına başlanılıb.

BŞTİ-nin 01.03.2022 -ci il tarixli F 85 nömrəli əmrinə əsasən Tədbirlər planı hazırlanmışdır. 05.03.2022-ci il tarixindən tədbirlər planının icrasına start verilib.
F 85 nömrəli əmrə əsasən 74 nömrəli tam orta məktəbdə "Bahar çələngi" layihəsinə əsaslanan "Təbiəti qoruyaq sağlam yaşayaq"
adlı müsabiqə keçirilmişdir.
Layihənin əsas məqsədi insanların təbiətin gözəlliklərini məhv etməməyə çağirlması, oksigenin insan həyatındakı vacibliyidir.
Güllər canlı təbiətdə insan həyatının istənilən anında onu müşayiət edən təbii gözəlliklərdir. Gülün suyu və qurusu ilə yanaşı, güldən alınan yağ da bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Gül yağı qəbizlik üçün ən təbii üsuldur. Göz soyuqdəyməsinə, gözdə yaranan qızartıları, göz ağrılarını aradan qaldırır. Mikrob öldürücü xüsusiyyəti də var. Ona görə də gözdə yaranan infeksiyalara qarşı təsirli vasitə hesab olunur.
Bir çox duyğuları bir-birimizə çatdırmaq üçün çiçəklərdən, xüsusilə güllərdən istifadə edirik. Sevgi, təəssüf və ya izhar etmək istədiyimiz digər duyğular. Çiçək və güllər insana sevinc, fərəh, inam gətirir. Gül ürək bulanmasına, baş ağrısına, mədə narahatlıqlarına, şəkər xəstəliyinə, halsızlığa və qansızlığa qarşı da təsirlidir. Tez-tez gül iyləyərək sağlamlığınızın qala, eyni zamanda da əhval-ruhiyyənizi yüksəldə bilər.