Kimya gecəsi keçirildi

Fəaliyyət planına uyğun olaraq kimya müəllimi Əliverdiyeva Rinada xanımın rəhbərliyi və təşkilatçılığı nəticəsində 74 nömrəli tam orta məktəbdə rəngarəng "Kimya gecəsi" adlı tədbir keçirilmişdir. Tədbirdə məktəbin 9-cu sinif şagirdləri iştirak etmişlər.Tədbirin əsas hissəsini kimyəvi təcrübələr təşkil edirdi. Şagirdlərin təqdim etdikləri şeirlər , səhnəciklər və təcrübələr kimyanın həqiqətən maraqlı elm olduğunu təsdiq etmişdir, ən əsası bir daha bu gün kimyanın həyatımızda nə qədər böyük rol oynadığını təsdiqləmişdir. Tədbirin əhəmiyyətli məqamlarından biri də tədbirə bilik və fəaliyyət cəhətdən zəif olan şagirdlərin cəlb olunması olmuşdur.