“21 Fevral Ana Dili Günü”nə həsr olunmuş sinif təşkilat saatları keçirildi

74 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İradə Məlikova rəhbəri olduğu 4 Ç sinif şagirdləri ilə birlikdə “Ana Dili” mövzusunda təşkilat saatı keçirdi. “Ana Dili” mövzusunda həyata keçirilən sinif təşkilat saatlarında müəllimlər şagirdləri bu günün yaranması, ana dilinin müqəddəsliyi barədə məlumatlandırdılar. Şagirdlər hazırladıqları təqdimatları nümayiş etdirib, doğma dilimizə həsr olunmuş şeirlər və musiqilər səsləndirdilər.