Mina təhlükəsizliyi mövzusunda açıq dərs keçirilib

    Fevralın 21-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20 avqust 2021-ci il tarixli, F–416 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin müəllim, şagird (tələbə) heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə metodiki tövsiyələr”in ümumi təhsil müəssisəsində tədris prosesində icrasının təmin edilməsi məqsədilə, Bakı şəhəri 74 nömrəli tam orta məktəbin 10a sinfində Gənclərin Çağırışaqədərki Hazırlıq fənni üzrə rəhbəri Vüqar Məhərrəmov tərəfindən “Açıq dərs” keçirildi.

Dərsdə Azərbaycan Respubliası Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin aparıcı məsləhətçisi Aydın Rəhimov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun məsləhətçisi Şəhanə Ələkbərova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin çağırışaqədərki hazırlıq metodisti Mürsəl Qurbanov, qazilər və digər qonaqlar iştirak edirdi.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Murad Zeynalov açdı. O, təşkil olunmuş bu dərsin mahiyyətini tədbir iştirakçılarının nəzərinə çatdırdı. Fənn müəllimi Vüqar Məhərrəmov “Mina təhlükəsizliyi” mövzusunda dərs nümayiş etdirdi.Dərsdə şagirdlərə minaların təhlükəli tərəfləri və minalı ərazilərdə necə diqqətli olmaları, mina ilə qarşılaşdıqda necə rəftar etməli olduqları barədə praktik şəkildə məlumat verildi. Məqsəd kütləvi təhlükəsizlik qaydalarını öyrətmək, əhalini ,o cümlədən uşaqları mina təhlükəsizliyindən xəbərdar etmək, onlara mina ilə bağlı bədbəxt hadisələrin qarşısının alınması üçün zəruri bilik və vərdişləri aşılamaq idi. Tədbirdə şagirdlərə mina təhlükəsizliyi haqqında video çarxlar nümayiş etdirilmişdir.

Gənclərin Çağırışaqədərki Hazırlıq rəhbəri, Birinci Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant Vüqar Məhərrəmov minalanmış ərazi nə deməkdir, minaların partlayış zamanı törətdiyi fəsadlar, partlamamış hərbi sursat barəsində ətraflı məlumat verdi, döyüş sursatlarını şagirdlərə əyani vəsait kimi nümayiş etdirdi.

Məktəbin həkimi Vüsalə Məmmədova yaraların üzərinə aseptik sarğıların və şinaların qoyulma metodunu nümayiş etdirdi. Azərbaycan Respubliası Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin aparıcı məsləhətçisi Aydın Rəhimov vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində şagirdlərlə söhbət aparıb, onların suallarını cavablandırdı.

Tədbirin sonunda məktəbin rəhbərliyinə ANAMA tərəfindən hazırlanmış təlimat kitabçası və partlayıcı sursatların təhlükəsinə dair təbliğat materialları olan maarifləndirici və xəbəredici poster və bukletlər təqdim olunub.

Tədbirin sonunda qonaqlar məktəbdə yaradılan Zəfər muzeyi il tanış oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi