"Narkomaniyaya yox deyək" adlı maarifləndirici tədbir keçirildi.

    18 fevral 2022-ci il tarixində Məktəbin akt zalında məktəbin psixoloqu İrina Əliyevanın təşkilatçılığı ilə "Narkomaniyaya yox deyək" mövzusunda maarifləndirici tədbir keçirildi.Tədbirdə direktor müavinləri B.Vüsalə, Ə.Ofelya,H.Flora məktəbin psixoloqu İrina Əliyeva,məktəbin direktoru Z.Murad, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbirdə çıxış edənlər bildiriblər ki, narkomaniyanın yayılması sağlam həyat tərzi üçün təhlükə yaradır. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyatda proseslərə qarşı laqeydlik yaradır. Cəmiyyətin böhranlı dövründə narkomanlıq artır, sosial münasibətlərə mənfi təsir göstərir. Narkomaniya orqanizmin zəifləməsinə və fiziki gücün düşməsinə gətirib çıxarır. Qeyd edilib ki, narkotik maddələr – tələdir! Bu tələyə bir dəfə düşən insanın oradan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməmək kimi tövsiyələr verilib.Həmçinin şagirdlərə sosial şəbəkələrdə diqqətli olmaları tövsiyə edilib.

Tədbirin gedişində şagirdləri maraqlandıran suallar cavablandırılıb və narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici materiallar nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi