İrəvan Müəllimlər Seminariyası - 140 illiyi

     16.02.2022-ci il tarixdə məktəbin kitabxanasında Azərbaycan dili və ədəbiyyat müəllimi Mustafayeva Məlahətin təşkilatçılığı ilə İrəvan müəllimlər seminariyasının 140 illiyinin keçirilməsi məqsədilə dəyirmi masa keçirildi.

Dəyirmi masada 5-ci sinif şagirdləri,tərbiyə işləri üzrə direktor müavini,kirabxana müdiri və azərbaycan dili ədəbiyyat müəllimi Mustafayeva Məlahət iştirak etdi.

Qeyd edildi ki, İrəvan Müəllimlər Seminariyası - XIX əsrin axırları və XX əsrin əvvəllərində İrəvan şəhərində fəaliyyət göstərən təhsil ocağı 1881-ci il noyabrın 8-də açılmış, 69 şagirdi olmuş, direktoru Stepan Suşevskiy, Q. Qənbərov, Məmmədbağır Qazızadə, Mixail Klopov hüquq, Azərbaycan dili, rus dili və ədəbiyyatı və başqa fənlərdən dərs demişlər. İrəvan Müəllimlər Seminariyasında Azərbaycan dili və şəriət dərslərinin tədris edilməsi təsadüfi deyildi. Çünki bu Seminariya xalqımızın tarixən qədim torpaqlarından sayılan İrəvan mahalında yaradılmışdı. Həmin mahalda yaşayan əhalinin əksəriyyətini Azərbaycan türkləri, müsəlmanlar təşkil edirdi. Seminariya fəaliyyəti ilə Cənubi Qafqazda, o cümlədən Azərbaycanda xalq məktəbi və təhsilin, mədəni - maarif işinin inkişafında mühüm rol oynamışdır.

Azərbaycanda xalq maarifi, məktəb, ədəbiyyat, mədəniyyət və incəsənətin bir çox nümayəndələri, ilk pedaqoji təhsillərini məhz Qori və İrəvan müəllimlər seminariyasında almışlar.

Görkəmli Azərbaycan maarifçisi Firudin bəy Köçərlinin ilk pedaqoji fəaliyyəti bu təhsil ocağı ilə bağlı olmuşdur. Firudin bəy Köçərli bu təhsil ocağında 10 il pedaqoji fəaliyyət göstərmişdir.

Azərbaycanda pedaqogika elminin yayılması və inkişafı, xalq maarifinin bütöv bir dövrü məhz Qori və İrəvan müəllimlər seminariyası məzunlarının fəaliyyəti ilə bağlıdır. Həmin təhsil ocaqlarının milli təhsil tariximizdəki yeri və rolu bu gündə öyrənilir, tədqiq edilir, gənc nəslin, tələbələrin elmi - pedaqoji biliyinin artırılmasında istifadə edilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi