20 Yanvar- Ümumxalq Hüzn Günü

    "20 Yanvar”, “Qanlı Yanvar!” – bu qanlı hadisələrdən illər kecsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Bu dəhşətli faciədən 32 il ötsə də, baş verənlər unudulmur. Vətən uğrunda canından keçən oğul və qızlarımızın qəhrəmanlığı dillərdə dastan olub. Çünki azadlığa gedən yolumuzda ilk cığırları onlar açıblar. Dövlət müstəqilliyimizin bərpası, azad həyatımız üçün ilk növbədə, şəhidlərə borcluyuq.

Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ölməz ruhunu hər zaman uca tutan 74 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi də 19 yanvar tarixində  “Qanlı Yanvar!”" adı altında tərbir kecirdi. Şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Tədbiri məktəbin ingilis dili müəllimi Günel Əsgərova və ibtidai sinif müəllimi Şəfa Rzayeva I və IX sinif şagirdləri ilə birlikdə hazırlamışdır. Şagirdlər şəhidlərə həsr olunmuş çıxışları ilə tədbirdə iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi