20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə əlaqədar dəyirmi masa

20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə əlaqədar olaraq, yanvarın 18-də Bayramova Vüsalə tərəfindən dəyirmi masa keçirildi. Dəyimi masada məktəbin tarix və azərbaycan dili-ədəbiyyat müəlkimləri iştirak edirdi. Məktəbin tarix müəllimi M.Cəlalət qeyd etdi ki, 20 yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Keçmiş sovet imperiyası ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 yanvar şəhidləri hər zaman xalqımızın xatirəsində qəhrəman kimi qalacaqdır. Məktəbin azərbaycan dili-ədəbiyyat müəllimi R.Natavan çıxış edərək vurğuladı ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb.