“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər.

     Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə 07.01.2021 tarixində 74 nömrəli tam orta məktəbdə 72,74,80,68,90,155,310,271,213 nömrəli məktəblərin IX-XI sinif şagirdlərinin,direktor və direktor müavinlərinin müəllimlərin iştirakı ilə “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərs keçirildi.

“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərin təşkilində əsas məqsəd ulu öndərin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği, şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində ümummilli liderin rolunun və xidmətlərinin gənc nəslə çatdırılmasından ibarətdir.Məktəblilərin potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edən bu dərslər şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına, yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi