Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş şeir müsabiqəsi keçirildi.

Məktəbin illik Fəaliyyət Planının 1.3.13-cü bəndinə müvafiq olaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Tədbirlər Planı hazırlanıb təsdiq edilmişdir. Tədbirlər Planına uyğun olaraq məktəbdə silsilə tədbirlərin həyata keçırılməsinə start verilmişdi. Dekabrın 10-da şagirdlər arasında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş şeir müsabiqəsi keçirildi.