Zorakılığa yox deyək-ailəmizi qoruyaq!

04.12.2021- ci il tarixində 74 nömrəli tam orta məktəbin IX və VIII sinif şagirdləri və onların valideynləri ilə "Zorakılığa yox deyək-ailəmizi qoruyaq" adı altında psixoloji-maarifləndirici seminar keçirildi. Psixoloq İrina Əliyeva valideyn və şagirdlərlə görüşərək bildirdi ki, son zamanlar cəmiyyətin normal inkişafına mane olan fenomenal bir məsələ ‐ məişət zorakılığı haqqında tez‐tez eşitməyə başlamışıq. O, məişət zorakılığı nədir, nə kimi sosial problemlər yaradır və bu zorakılığa kimlər daha çox məruz qalır kimi suallara aydınlıq gətirdi. Müəyyən yaş dövründə valideynlər tərəfindən hər hansı bir qərarın veriməsi övladlarına fiziki və mənəvi cəhətdən zərbə vurur ki, bu da məişət zorakılığına gətirib cıxarır. Seminarda IX sinif şagirdi Əlizadə Nurməhəmməd hazırladığı təqdimatı nümayiş etdirdi. "Zorakılığa yox deyək-ailəmizi qoruyaq" adlı təqdimat valideyn və şagirdlər tərəfindən maraqla dinlənildi.