"Uşaqların icabri dispanserizasiyadan keçirilməsi

"Uşaqların icabri dispanserizasiyadan keçirilməsinə dair 2018 - 2022 - ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.5.2 - ci bəndinə uyğun olaraq məktəbimizdə müvafiq maarifləndirmə işləri aparılmışdır. Belə ki, məktəbin tibb işçisi Məmmədova Vüsalə məktəbdə təhsilalanlar arasında dispanserizasiyanın mahiyyəti barədə maarifləndirmə işinin təşkil edilməsi məqsədilə IX sinif şagirdləri ilə maarifləndirici söhbətlər aparmışdır. Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.