8 NOYABR ZƏFƏR GÜNÜ MÜNASİBƏTİLƏ MƏKTƏBDƏ BÖYÜK TƏDBİR KEÇİRİLDİ

    74 nömtəli tam orta məktəbdə 8 Noyabr Zəfər Günü münasibətilə böyük tədbir keçirildi.Tədbirdə məktəbin direktoru Zeynalov Murad,direktor müavinləri, müəllimlər, valideynlər, şagirdlər iştirak edirdi.İlk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.Daha Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anıldı. Ardınca tədbirin çıxışlar olan əsas hissəsi başlandı. Məktəbin tarix müəllimi Mətanətin təşkilatçılığı ilə hazırlanan tədbirdə 44 günlük möhtəşəm Zəfər tariximizlə bağlı geniş məlumatlar verildi və şagirdlər Zəfər Günümüzə həsr olunmuş çoxsaylı şeir və mahnı ifalarını səsləndirdilər. Həmçinin tədbir boyunca Vətən müharibəsi dövründə baş verənləri özündə əks etdirən bir neçə maraqlı video nümayiş etdirildi.Daha sonra məktəbin azərbaycan dili müəllimi Natəvan ingilis dili müəllimi Nazilə,Azərbaycan dili müəllimi Rasimə,kimya müəllimi Töhvə musiqi müəllimi Anaxanım müəllimə çixiş etdi.Yekunda çıxış edən məktəbin direktoru Zeynalov Murad hər kəsi möhtəşəm bayram münasibətilə təbrik edərək bu möhtəşəm zəfərin ölkəmizin şərəfli tarixində hər zaman önəmli yer tutacağını, Qarabağımızın azad olunmasını və Zəfər Günümüzün həmişə böyük təmtəraqla qeyd olunacağını bildirdi. Sonda xatirə şəkli çəkdirildi. Allah bütün Şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə Allah şəfa versin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi