27 sentyabr-Anım günü münasibəti ilə "Hərbi Qənimətlər Parkı"na səyahət

74 nömrəli tam orta məktəbin 4 ç sinif şagirdləri 27 sentyabr-Anım günü münasibəti ilə "Hərbi Qənimətlər Parkı"na səyahət etdilər. İbtidai sinif müəllimi İradə Məlikova şagirdlərə səyahət zamanı "Zəfər Tarixi"miz haqqında məlumat verərək Azərbaycan ordusunun döyüş əməliyyatları zamanı düşməndən ələ keçirilmiş və Hərbi Qənimətlər Parkında sərgilənən müşahidə və optik cihazlar ilə tanış etdi.