" Son zəng" tədbiri

       Qələbə sevinci ilə qeyd olunan "Son zəng" tədbiri

İyunun 14-də “Son zəng” tədbiri keçirildi. Tədbirdə məktəb rəhbərliyi, məhdud sayda müəllim kollektivi və məzunlar iştirak edirdi.

Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlandı.Daha sonra 44 günlük Vətən müharibəsində öz şirin canlarından keçən şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edildi.

Məktəbin direktoru Murad Zeynalov məzunları salamlayaraq, tariximizə qızıl hərflərlə qeyd olunan Qələbəmiz, ölkədə, təhsil sahəsindəki inkişafdan, aparılan islahatlardan söz açıb, məktəb kollektivinin qazandığı uğurlar barədə məlumat verdi. Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıya görə məktəb kollektivi adından ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlığını bildirdi və məzunlara uğurlar arzuladı.

Tədbir məzunların maraqlı çıxışları ilə davam etdi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi