“Onlayn dərs” müsabiqəsinin qalibləri təltif olunub

          Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Onlayn dərs” müsabiqəsinin qalibləri təltif olunub.

Məktəbin ingilis dili müəllimi Nərgiz Süleymanova fərqlənən dərs nümunəsi ilə təşəkkürnamə alıb. Nərgiz müəllimi təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq.

Belə ki, müsabiqənin nəticələrinə əsasən, 12 onlayn dərs nümunəsi qalibinə diplom, 12 fərqlənən dərs nümunəsi sahibinə isə təşəkkürnamə təqdim olunub.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva diplom və təşəkkürnamələri qaliblərə təqdim edib, onlara təbriklərini çatdırıb. Müsabiqənin əhəmiyyətini yüksək dəyərləndirən M.Vəliyeva hər bir müəllimin fəaliyyətini yüksək qiymətləndirdiyini söyləyib,  onlara uğurlar arzulayıb.

Müəllimlər onlara göstərilən diqqətə görə təşəkkürlərini bildirib, bundan sonra da səylə çalışacaqlarını ifadə ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi