Oyun Dünyam Etwinnig projesi başa çatır

Bakı şəhəri 74№li tam orta məktəbin 3ç sinif müəllimi İradə Məlikova və şagirdlərinin 11 nəfər müəllimin, 60 nəfər şagirdin qatıldığı "Oyun Dünyam" eTwinning layihəsi artıq son çalışmaları yerinə yetirir. Proje başa çatır. Layihənin yaradıcıları Bədirnisə Quliyeva və Dilek Korkmazdır. Bu layihəyə qoşulmaqda məqsəd uşaqları pandemiya zamanı yaşadıqları ümidsizlik , evdə darıxmalar vəs. bu kimi duyğulardan uzaqlaşdırıb şən, özgüvən olmasını hədəfləmək , dərsə, dərs oxumağa marağını artırmaq idi. Projemiz üç bölmədən ibarət idi.
Ailə Dünyam: Ailə ilə birlikdə müxtəlif əyləncəli, hərəkətli oyunlar oynanıldı, məqsəd ailə ilə çocuk arasında maraqlı vaxt keçirməyi hədəfləmək idi.
Arkadaş Dünyam: Uşaqlar yaşıdları ilə oyunlar oynayaraq həm sosiallaşır,həm də oyun oynayaraq kurikulumun irəli sürdüyü tələblər əsasında öyrənirlər.
Web 2 Dünyam: Çeşidli web 2 alətləri vasitəsilə şagirdlərimin həm texnoloji bilgiləri , həm də özlərinə güvənləri artdı. Layihə həm də iştirakçı şagirdlərimizi fərqli ölkələrdən olan məktəbliləri tanımalarına yardımçı oldu. Koronavirus pandemiyası dövründə bu layihə onlayn şəkildə yerinə yetirilir, müəllimlərin, məktəblilərin evdə qalaraq asudə vaxtlarının səmərəli təşkilinə, zamanlarıını dəyərləndirmələrinə çox faydalı olur.