"SORUMLUYUZ" (Cavabdehik) eTwinning layihəsi başa çatdı.

      2020-ci ilin noyabr ayından etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyi və Avropa İttifaqının əməkdaşlıq etdiyi "eTwinning plus" proqramına əsasən həyata keçirilən “Sorumluyuz”  layihəsi 6 aydan sonra öz işini yekunlaşdırdı.  17 nəfər müəllimin, 67 nəfər şagirdin qatıldığı "SORUMLUYUZ" (Cavabdehik) eTwinning layihəsinin yaradıcıları Türkiyədən Ebru NADİR və Havva ELMAS KAŞKA idi.
Layihənin əsas məqsədi: şagirdlərə kiçik yaşlarından təbiət sevgisi qazandırmaq və təbiət, ətraf mühit haqqında bilgiləri inkişaf etdirmək, təbiətə hörmət və  sevgilərini artırmaq, məsuliyyət hisslərini inkişaf etdirmək, gələcək nəsillərə daha yaşıl bir dünya buraxmaq üçün könüllü olmağı aşılamaq idi. Həmçinin “SORUMLUYUZ” layihəsi  şagirdlərin insanın təbiətdəki rolunun əhəmiyyətini dərk etməsinə, gənc nəslin bəşəriyyətin üzləşdiyi ekoloji problemlərdən xəbərdar olmasına və bu problemi necə həll edəcəyini düşünməyi öyrətməyə yönəldilmişdi.  Uşaqlar təbiət qarşısında məsuliyyətlərini bilməlidirlər. Ətrafinda yaşayan  bitki və heyvanlardan sorumlu olduqlarını dərk etməlidirlər. Şagirdlərim  projenin aylıq tapşırıqlarını yerinə yetirərkən Web 2.0 alətləri ilə daha yaxın tanış oldu və onların istifadə qaydalarını öyrəndilər.

 “Sorumluyuz” layihəsi bir neçə fənlər  ilə inteqrasiya olunur.

Layihənin başladığı gündən bu günə kimi  bir-birindən maraqlı çalışmalara, onların yerinə yetirilməsinə başımız o qədər qarışdı ki, 6 ayın necə tez keçdiyini hiss etmədik.”SORUMLUYUZ” Layihəsinin bütün fəaliyyətlərini şagirdlərim çox həvəslə və əyləncəli şəkildə yerinə yetirərək həm əyləndilər, həm də öyrəndilər. Düşünürəm ki, uşaqlarım üçün çox faydalı oldu. Uşaqlar ətraf aləm haqqında çox şey öyrəndilər. .”SORUMLUYUZ” layihəsi təkcə uşaqlar üçün deyil, mənim üçün də çox faydalı oldu. Bu ekiblə tanış olmaqdan zövq aldım. İşbirliyimiz və bir-birimizə köməyimiz,ortaq fəaliyyətimiz bir məllim kimi fəaliyytimizə çox böyük töhfə oldu.

 Başda layihə qurucularımıza - Ebru NADİR və Havva ELMAS KAŞKA   və dəyərli tərəfdaşlarımıza  təşəkkür edirəm. Bu qədər çalışqan və səmimi bir heyət ilə belə möhtəşəm bir layihəni başa çatdırdığım üçün çox xoşbəxtəm.

Azərbaycan Respublikası

Bakı şəhəri 74№li tam orta məktəbin

                                                                  ibtidai sinif müəllimi

                                                                        İradə MƏLİKOVA

https://www.youtube.com/watch?v=ev_MO6uwt98&t=10s

https://youtu.be/WJifj532RiY

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi