Uşaqlara öyrənməyi sevməyi öyrədənlər

    Dərs deməyi sevən müəllim - yəni öz peşəsini, sənətini sevən müəllimdir. Şagirdlərə öyrənməyi sevməyi öyrətmək üçün müəllim özu də öyrənməyi sevməlidir. Biz elmin və texnikanin xarüqələr yaratdığı bir dövrdə yaşayırıq. Müasir dövr biz müəllimlərdən daha çox əzmkarlıq, çalışqanlıq, yeniliklərlə ayaqlaşmağı və onları öz fəaliyyətimizdə tətbiq etməyi tələb edir. 74 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İradə Məlikovanın tətbiq etdiyi onlayn dərslər də belə dərslərdəndir. İradə Məlikova öz fikrini belə ifadə edir:

   -Heç şübhəsiz ki, hər bir müəllimin öz təlim metodu, yanaşma üsulu var.  L.Tolstoy bu fikri çox gözəl ifadə edib. “Ən yaxşı metodika sənin malik olduğundur”.

Müəllim çalışmalıdır ki, öyrənmə zamanı şagird təkcə yeni biliklərlə yaddaşını zənginləşdirməsin. Bu yeni bilikləri özü müstəqil şəkildə əldə etsin. Belə olduqda uşaqlarda öyrənməyə həvəs və maraq artır. Bu zaman müəllim şagirdlərlə əməkdaşlıq edir: problemli vəziyyət yaradır, tədqiqatın aparılmasında şagirdlərə istiqamət verir, biliklərin mənimsənilməsi yollarını öyrədir. Demək, müəllimin vəzifəsi-öyrənməyi öyrətməkdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi