Oxuyub-anlama bacarıqları üzrə seminar

Təhsil Nazirliyi tərəfindən İbtidai sinif şagirdlərinin oxu bacarıqlarının inkişafı layihəsi” məktəb, valideyn və ictimaiyyətlə iş aparmaqla üç istiqamətdə reallaşdırılır.
Layihənin icrasının məqsədi ibtidai sinif şagirdlərinin oxu vərdişlərinin formalaşdırılması, oxuyub-anlama, yazılı mətnlər üzərində işləmə bacarıqlarının inkişafı, şagirdlərin beynəlxalq qiymətləndirmə metodologiyalarına əsaslanan resurslarla təmin edilmələridir.
Layihə çərçivəsində IV sinifdə dərs deyən ibtidai sinif müəllimləri üçün “Oxu strategiyaları” mövzusunda seminarlar təşkil edilib.
Belə ki, Beynəlxalq qiymətləndirmə tədqiqatlarına əsaslanan monitorinqin aparılması üçün 74 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Şəfa Rzayevanın rəhbəri olduğu 4"A" sinif şagirdlərinə 09.04.2021 tarixində "Qızıl quyruqlu xoruz", 15.04.2021 tarixində "Nəhəng dişin sirri" bədii mətnlər üzərindən seminar təşkil edildi. Seminarı təşkil edən Aygün İsmayıl seminarın gedişatından razı qaldığını bildirərək Şəfa Rzayevaya minnətdarlığını bildirdi.