Şagirdləri fəallaşdıran "Rəqəmsal bacarıqlar"

    74 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Nətavan Rzayeva "Rəqəmsal bacarıqlar" layihəsində fəal onlayn dərs təşkil edən müəllimlərdəndir. Nətavan Rzayeva dərslərinin effektivliyini artırmaq üçün müxtəlif üsullara əl atır:

-"Dərsimizi kurikulumun mərhələlərinə uyğun qururuq. Fəal uşaqları qeyd edirik. Müxtəlif oyun xarakterli, əyləncəli platformalar üzərindən dərslərimizi təşkil edirik.  Bu metod uşaqların çox xoşuna gəlir. Daha çox həvəslənirlər. Çalışırlar ki, dərsdə aktiv iştirak etsinlər" deyə Nətavan müəllimə bildirir.

Nətavan müəllimin qrupunda fərqləndirdiyi şagirdlərindən olan Tünzalə Cəbrayılova "Azərbaycan dili və ədəbiyyat" fənnini çox sevir:

-"İstəyirik bu dərs hər gün olsun. Çox maraqlı keçir. Dərsimizin nə vaxt bitdiyini hiss etmirik".

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi