Distant dərslərin müzakirəsinə həsr edilmiş onlayn görüş

       13 aprel tarixində 74 nömrəli tam orta məktəbin direktoru Murad Zeynalov pedaqoji heyət ilə distant dərslərin müzakirəsinə həsr olunmuş onlayn görüş keçirdi.

Görüşün keçirilməsinin əsas məqsədi “Virtual məktəb” platformasında tədris və təlim-tərbiyə prosesinin təşkilinin daha da təkmilləşdirilməsi, distant təhsilə cəlbolunma səviyyəsinin təhlili istiqamətində müzakirələrin aparılması və müvafiq təkliflərin verilməsindən ibarət idi. Görüşdə çıxış edən müəllimlər də dərslərin məzmunu, məsafədən öyrətmə və öyrənmənin metodikası, davamiyyətdəki müsbət dinamika və digər məsələlərlə bağlı fikirlərini bildirib, təklif və tövsiyələrini səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi