"Aprel döyüşlərindən Zəfər Tarixinə gedən yol" adlı müsabiqə

01-05 aprel 2021-ci il tarixlərdə Sabunçu Regional "Kiçik Akademiya"sının, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin, 4 nömrəli VMA-nın təşkilatçılığı ilə keçirilən "Aprel döyüşlərindən Zəfər Tarixinə gedən yol" adlı STEAM müsabiqəsinin nəticələri bəlli olmuşdur.
Nəticələrə əsasən 3 məktəb I yerə , 3 məktəb II yerə , 6 məktəb III yerə , 4 məktəb isə fərqlənməyə layiq görülmüşdür. 74 nömrəli tam orta məktəbin 6 "С" sinif şagirdləri Əli Süleymanov və Aydan İsmayılova fərqlənmə diplom ilə təltif olunmuşlar.
Qalib olan hər bir kəsi təbrik edir, işlərində uğurlar və müvəffəqiyyətlər arzulayırıq.