VI MƏKTƏBLİLƏRARASI FƏNN MÜSABİQƏLƏRİ

      Fənn müsabiqələri hər il VI-VII siniflər arasında keçirilir. Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi akademik cəhətdən istedadlı olan şagirdlərin aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərin dərindən öyrənilməsinə marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə cəlb olunacaq şagirdlərin müəyyən edilməsindən ibarətdir. 

 

 Fənn müsabiqələri iki mərhələli olaraq keçiriləcəkdir: 

- I Mərhələ        - Aprel ayı 

- Final Mərhələ - May ayı

 

 Fənn müsabiqələri aşağıdakı fənlər üzrə keçiriləcəkdir: 

Riyaziyyat fənni üzrə    - 6-cı siniflər 

İnformatika fənni üzrə  - 6-cı siniflər 

Kimya fənni üzrə          - 7-ci  siniflər 

Biologiya fənni üzrə      - 7-ci  siniflərFizika fənni üzrə            - 7-ci  siniflər 

 

 

 Fənn müsabiqələrinin ilkin mərhələsində şagirdlərə

1) Seçdiyi fənnə müvafiq olaraq müsabiqə tarixinədək keçdikləri məktəb proqramına uyğun tapşırıqlar,

2) Məntiqi təfəkkürü, analiz qabiliyyətini və qeyri-standart düşünməni tələb edən məntiqi suallar təqdim ediləcəkdir.

 

 Tapşırıqlar həm azərbaycan dilində həm də rus dilində təqdim ediləcəkdir.

 

 Sual kitabçaları və cavab kartları iştirak edəcək şagirdlərin sayına müvafiq olaraq hazır şəkildə yerlərə göndəriləcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi