Şəhid ailələri və müharibə əlillərinə yeni mənzillər təqdim edilib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev fevralın 25 -də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində, şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması münasibətilə təşkil olunmuş mərasimdə iştirak edib.
Dövlətimizin başçısı kompleksdə yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, bu kompleksdə doqquzmərtəbəli 30 bina tikilib.Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə məktəb, uşaq bağçası, klub – icma mərkəzi inşa olunub. Dövlətimiziin başçısının bu ilin yanvarında imzaladığı Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021 – 2025- ci illərdə ev şəraitinin yaxşılaşmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, fərdi evlə təmin ediləcək.
Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev şəhid ailələriniin üzvləri və müharibə əlilləri ilə görüşüb.
Dövlətimizin başçısı görüşdə çıxış etdi. O, çıxışında qeyd etdi ki, bu gün Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksi istifadəyə verilir. Prezident bu münasibətlə həmin ailələri təbtik etdi. O, qeyd etdi ki, binalar müasir səviyyədə və yüksək keyfiyyətlə inşa edilib, müharibədən üç ay yarım keçməsinə baxmayaraq, artıq şəhid ailələri və müharibə əliləri üçün belə gözəl yaşayış kompleksi, şəhərcik inşa olunaraq, təqdim edilib.
Prezident Şağan qəsəbəsində reabilitasiya mərkəzinin də əsaslı təmirdən sonra bu gün açılışının olduğunu da qeyd etdi. Orada da minlərlə qazi hər il müalicə alaraq, öz sağlamlığını bərpa edəcək. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün də müasir protezlər sifariş edilibdir. Prezident qeyd etdi ki, ona bu gün verilən məlumata görə 300 – dən çox qazimiz bu protezlərlə təmin ediləcək. Ayaqlarını itirmiş qazilərimizin artıq bir neçəsi bu protezlə təmin edilərək, normal həyata dönə biliblər.
Son 17 il ərzində şəhid ailələri ilə müxtəlif tədbirlərdə dəfələrlə görüşmüşəm. Bu günə qədər 9200 –ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillə təmin edilib. Təkcə keçən il 1572 mənzil verilibdir. Bu il isə 3 minə yaxın mənzil veriləcək. Beləliklə, həm Birinci, həm də İkinci Qarabağ müharibəsində şəhid olmuş övladlarımızın Bakıda, Sumqayıtda, Abşeron rayonunda yaşayan ailələrinə bi ilin sonuna qədər mənzil veriləcək. Digər şəhər və rayonlarımızda yaşayan şəhid ailələri üçün binaların, fərdi evlərin tikintisi davam etdirilir. Prezident çıxışında qeyd etdi ki, müharibə əlillərinə 7200 - ə yaxın minik avtomobili verilib. O, bildirdi ki, Azərbaycan bu kateqoriyadan insanlara qayğısına görə dünya miqyasında ən qabaqcıl yerlərdədir.
Prezident çıxışında bildirdi ki, Ermənistan ordusunda da itkilər olub və İkinci Qarabağ müharibəsində müxtəlif rəqəmlər səslənir. Bizdə olan məlumata görə, təqribən 6-7 min işğalçı məhv edilib. Onların birinin də ailəsinə Ermənistan hökuməti yardım etməyib. Müharibədə həlak olan insanların yaxınlarına nəinki ev, heç bir daxma da verilmir. Ümumiyyətlə Ermənistanda bizdə olan proqram mövcud deyil. Azərbaycan dövləti bu siyasəti bundan sonra da davam etdirəcək.
İkinci Qarabağ müharibəsində 3 minə yaxın şəhidimiz olub. Mən o cümlədən bunların arasında mülkü vətəndaşları da nəzərdə tuturam. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərin ruhu qarşısında baş əyirik. Allah onların yaxınlarına səbr versin. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Biz Birinci Qarabağ müharibəsininn şəhidlərinin, İkinci Qrabağ müharibəsində qisasını aldıq. Birinci Qarabağ müharibəsində 12 mindən çox şəhidimiz olmuşdu və 4 minə yaxın hərbiçimiz itkin düşmüşdü, təqribən 16 minə yaxın itkimiz olmuşdu və torpaqlarımız işğal altına düşmüşdü. Hər bir şəhidimizin xatirəsi bizim üçün əzizdir. Hər bir insanın həyatı qiymətsizdir. Ermənilərin 30 il ərzində qurduğu istehkamları, 5-6 xətt müdafiə istehkamlarını və o bölgənin relyefini nəzərə alsaq, tam qətiyyətlə deyə bilərik ki, biz istədiyimizə az itkilərlə nail olduq. Müharıbə itkisiz olmur. Dünyanın aparıcı ölkələrinin hərbi ekspertləri təəccüb edirlər ki, biz torpaqlarımızı işğalşılardan belə az itkilərlə azad etdik. Çünki bütün əməliyyatlar planlaşdırılanda ən vacib amillərdən biri itkilərin az olması idi.
Biz ədaləti bərpa edə bildik. 30 il ərzində işğal altında olan torpaqları qaytardıq və dövlətimizin, xalqımızın gücünü göstərdik. Ermənistan ordusundan onların özlərinin etirafına görə 10 mindən çox fərari olub. İndi Ermənistan dövləti bilmir ki, bu fərariləri necə mühakimə etsin. Çünki bu böyük problemə gətirib çıxarda bilər. Azərbaycan ordusundan bir nəfər də fərari olmamışdır. Halbuki Birinci Qarabağ müharibəsində fərarilər olub. Birinci Qarabağ müharibəsində bizim qəhrəman övladlarımız şücaət göstərmişdilər. Ancaq o vaxtAzərbaycanın başında olan insanlar lazımı tədbirlər görə bilməmişdilər.
Azərbaycan bütün dünyaya öz gücünü göstərdi. Azərbaycan tarixində buna bənzər parlaq tarixi qələbə olmamışdır. Bir daha bütün dünya gördü ki, əgər iradə varsa, güc varsa, xalq – iqtidar birliyi , əzmkarlıq və cəsarət varsa, haqq- ədalət öz yerini tapır. Biz bunu nümayiş etdirdik.
Bakı şəhəri 74 nömrəli tam orta məktəbin direktoru
Murad Zeynalov