STEAM- qabaqcıl tədris modeli

STEAM- qabaqcıl tədris modeliMüasir dünyada təhsilin də inkişafdan qalmaması, ictimai tələbat və ehtiyaclarla ayaqlaşmasının əhəmiyyəti hazırkı koronavirus pandemiyası dövründə bir daha ortaya çıxdı. Bu gün şagirdlərə XXI əsrində önə çıxan tənqidçilik, yaradıcılıq, İKT səriştəsi, çeviklik, komandada çalışmaq bacarığı kimi vərdiş və bacarıqlar aşılanmalıdır. Belə ki, son dövr beynəlxalq təşkilatlarının dəyərləndirilmələri fənn biliklərilə yanaşı adıçəkilən vərdişləri də əsas götürür. Son illər Azərbaycanda da təhsil sistemini müasir tələblərə uyğunlaşdırmaq üçün ardıcıl addımlar atılır.
Layihə hazırda 147 ümumtəhsil məktəbində tətbiq olunur və 25 000-dən çox şagird, 800 müəllimi əhatə edir.