"Novruz atributları" adlı guşə

74 nömrəli tam orta məktəbdə Novruz bayramı ilə əlaqədar guşə yaradılıb. Bundan əlavə, Novruz bayramı münasibətilə divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanıb, "Ən yaxşı səməni", "Ən yaxşı əl işi" nominasiyaları üzrə müsabiqələr təşkil edilib. Valideyn və şagirdlərin təşəbbüsü ilə yaradılan guşədə xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, su, od, yel və torpaq çərşənbələrinin mahiyyəti, Novruz atributları yer alıb. Zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının mənəvi dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri var. Bolluq, xeyirxahlıq, gözəllik və humanist ideyalar bayramı olan Novruzun dünyadakı bütün azərbaycanlılar tərəfindən qeyd edilməsi milli birliyin nişanəsidir.
Guşənin təqdimatında milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyi şagirdlərin diqqətinə çatdırılıb.