"Marifetli çoçucklar" "Oyun dünyam" layihəsi

Məktəbimizin 3ç sinif müəllimi İradə Məlikova 2020-2021 tədris ilinin ll yarısında Mustafa GÜDEK,Bədirnisə Quliyevanın rəhbərliyi altında "Marifetli Çoçuklar" (Dahi uşaqlar)və "Oyun dünyam" eTwenning layihəsinə dəvət alıb.Ikinci yarımildən başlaması planlaşdırılan "Marifetli çoçuklar və "Oyun dünyam" projeləri ilə uşaqlar həm əylənərək öyrənəcək,həm də əl bacarıqlarını bəzək,xəttatlıq və xalça toxuma bacarıqlarını artıracaqlar.Müəllimlər arasında əməkdaşlıq olur.Web 2.0 alətlərindən istifadə öyrədilir.Dərslərimiz oyunlarla daha maraqlı hala gələcək.Uşaqların dərsə həvəs və marağı artır.Layihələr iştirakçı şagirdlərimizi fərqli ölkələrdən olan məktəbliləri tanımalarına yardımçı olur.Koronavirus pandemiyası dövründə bu layihə onlayn şəkildə həyata keçirilir,müəllimlərin,məktəblilərin evdə qalaraq asüdə vaxtlarının səmərəli təşkilinə,zamanlarını dəyərləndirmələrinə çox faydalı olur.