Zəfər Tariximizin Qaziləri ilə videokonfrans

  09.01.2021-cil tarixdə YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyi Zəfər Tariximizin Qaziləri ilə videokonfrans təşkil etdi. İlk olaraq moderator, gənc fəalımız İlahə Abdullazadə çıxış edərək Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər olduğunu, Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut edərək düşmən üzərində tarixi zəfər çaldığını,

 30 il gözlədiyimiz o möhtəşəm tarixə şahidlik etmək zamanı yetişdiyini, bu qələbəni bizə yaşadan Cənab Ali Baş Komandan İlham Əliyev, mübariz Azərbaycan ordusu və xalq birliyi olduğunu söylədi.

 Daha sonra "Cəbrayıl, Füzuli , Zəngilan və Qubadlı"nın azad olunmasına görə medallarla təltif olunan Qazi Səfərov Elşad çıxış etdi. Qazimiz vətənpərvərlik hissinin necə gözəl bir hiss olduğunu , Ali Baş Komandanımızın "İrəli" əmrini verdikdə hansı hissləri keçirtdiyini videokonfrans iştirakçıları ilə bölüşdü. Ardınca "Ağdam"ın azad olunmasına görə və "Cəsur döyüşçü" medalları ilə təltif olunan Qazi Şirinbəyov Emil çıxış etdi. Qazimiz çıxış zamanı Qarabağ torpaqlarının azad olunmasında rolunun olduğu üçün böyük fəxr hissi keçirtdiyini vurğuladı.

 Videokonfransın sonunda YAP Sabunçu rayon təşkilatı Qadınlar Şurasının sədri Ramidə İbrahimova, YAP Sabunçu rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Sərxan Şahverdiyev, ərazi ilk partiya təşkilatı sədrləri Xədicə Babayeva, Murad Zeynalov, Jalə Məhərrəmova, Həqiqət Bayramova, fəal gənclərimiz, videokonfrans iştirakçıları çıxış edərək Qazilərimizə öz ürək sözlərini söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi