"SORUMLUYUZ/WE THE RESPONSIBLE" layihəsi

  Azərbaycan Respublikası Təhsil Nazirliyi və Avropa İttifaqının əməkdaşlıq etdiyi "eTwinning plus" proqramına əsasən həyata keçirilən layihələrdə məktəbimizin ibtidai sinif müəllimi İradə Məlikova  II sinif şagirdləri ilə aktiv fəaliyyət göstərir.

  "Sorumluyuz/We The Responsıble" layihəsinin məqsədi şagirdlərə kiçik yaşlardan təbiətə və canlılara sevgi aşılamaq, onların gələcək nəsillərə yaşıl bir dünya bəxş etmək bacarıqlarını üzə çıxarmaqdır.

  Şagirdlər bu layihədə hər ay üzrə verilən taşırıqları səylə yerinə yetirərək bacarıqlarını göstərirlər. Onlar ətraf mühitin təmizliyini qorumaq, tullantılardan məmulatlar, quş yemliyi hazırlamaq, bitki yetişdirmək kimi fəaliyyətləri WEB 2.0 alətlərindən istifadə edərək yerinə yetirirlər, çalışdıqları müddətdə kurikulum standartlarını reallaşdırırlar.

  İnanırıq ki, şagirdlərimiz qarşıda olan 3 ay ərzində daha da səylə çalışaraq tapşırıqları yerinə yetirəcəklər və yeni bacarıqlara yiyələnərək nailiyyətlər qazanacaqlar.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi