Məktəb kollektivi ilə onlayn görüş keçirilib

 Dekabrın 30-da məktəb kollektivi ilə onlayn görüş keçirilib. Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan görüşdə iştirakçıları salamlayan məktəbin direktoru Murad Zeynalov düşmən üzərində qalibiyyət qazanan rəşadətli Azərbaycan ordusunun qəhrəman əsgərlərinin döyüşlərdə böyük şücaət göstərdiyini, xalqımızın Ali Baş Komandanımızın qətiyyəti və ordumuzun əzmi sayəsində tariximizin ən parlaq zəfərlərindən birini qazandığını bildirib.

 Məktəbin direktoru distant (məsafədən) formada tədrisin təşkilində məsuliyyətin məktəb müəllimlərinin üzərində olduğunu vurğulayıb. Nazirlər Kabinetinin qərarına əsasən, distan təhsilin müddətinin 2020-ci il dekabrın 30-dan 2021-ci il yanvarın 31-dək uzadıldığına və distant tədris prosesinin təşkilində müəllimlərin səylə çalışmasının vacibliyinə toxunub.

 Görüşdə keyfiyyətə nəzarət, qiymətləndirmə, ictimiyyətlə əlaqələr, sosial şəbəkələrlə iş, informasiya mübadiləsi, olimpiadalara hazırlıq səviyyəsinin təşkili, məktəb saytına nəzarət, və digər məsələlərlə bağlı təklif və tövsiyələr müzakirə edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi