Məktəbin direktoru təltif edilib

 Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn görüş keçirilib.

 Görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və Vətən Müharibəsi iştirakçısı olmuş paytaxt müəllimləri iştirak ediblər.

 Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan görüşdə iştirakçıları salamlayan BŞTİ müdiri Mehriban Vəliyeva düşmən üzərində qalibiyyət qazanan rəşadətli Azərbaycan ordusunun qəhrəman əsgərlərinin döyüşlərdə böyük şücaət göstərdiyini, xalqımızın Ali Baş Komandanımızın qətiyyəti və ordumuzun əzmi sayəsində tariximizin ən parlaq zəfərlərindən birini qazandığını bildirib.

M.Vəliyeva təhsil sahəsində aparılan islahatlardan, ötən dərs ilində qazanılmış uğurlar və perspektiv məsələlərdən, “2020-2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə” Təhsil nazirinin əmrində müəyyən edilmiş əsas prioritet istiqamətlərdən danışıb.

 Tədbirdə BŞTİ tərəfindən Fəxri fərmana layiq görülən 24 məktəb direktorunun adları açıqlanıb. Bakı şəhəri 74 nömrəli tam orta məktəbin direktoru Murad Zeynalov BŞTİ-nin müdiri Mehriban Vəliyevanın müvafiq əmri ilə 2020-ci il ərzində səmərəli fəaliyyəti və təşəbbüskarlığı ilə fərqləndiyi, üzərinə düşən öhdəlikləri peşəkarlıqla və keyfiyyətlə yerinə yetirdiyi, təhsilin inkişafı ilə bağlı strategiya, proqram və layihələrin reallaşmasında xüsusi xidmətlərinə görə "Fəxri fərman"la təltif edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi