Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş onlayn tədbir keçirilib

    Dekabrın-30 da məktəbin ibtidai sinif müəllimi Məlikova İradənin təşkilatçılığı və rəhbərlik etdiyi 3"Ç" sinif şagirdlərinin iştirakı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Zəfər bayramına həsr edilmiş tədbir keçirilib.

 Tədbirdə Təhsil Şurası İdarə Heyətinin üzvü Böyükağa Mikayıllı, məktəbin direktoru Murad Zeynalov, direktor müavinləri və digər qonaqlar iştirak edib. Onlayn tədbirdə məktəblilərə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi və əhəmiyyəti barədə ətraflı məlumat verilib. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün respublikamızda və müxtəlif ölkələrdə geniş qeyd olunduğu vurğulanıb. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən ulu öndərin bu sahədəki irsinin daim diqqət mərkəzində saxlanıldığı nəzərə çatdırılıb.

 Tədbirdə Azərbaycan ordusunun şanlı qələbəsi ilə Ermənistanın işğalçılıq siyasətinə son qoyulduğu barədə məlumat verilib. Bu qələbənin son illərdə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin məqsədyönlü iqtisadi, siyasi və diplomatik sahədə həyata keçirdiyi misilsiz tədbirlərin, islahatların, quruculuq və idarəetmə işlərinin nəticəsi olduğu bildirilib.

 Tədbirdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Şanlı Qələbəyə həsr edilmiş videoçarxlar nümayiş olunub. Şagirdlər Vətənə, həmrəyliyə aid şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi