“Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadası” keçirilib

Dekabrın 20-də “Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadası" nın məktəblilər arası turu keçirildi.
Olimpiada şagirdlərin məntiqi təfəkkür vərdişlərinin, düşüncə tərzi, diqqət, qavrama, nitq kimi vacib bacarıqlarının inkişafına əlverişli şərait yaradılması və məntiqi biliklərinin artırılmasına təkan verməklə təhsilin müasir məzmunu baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edir
VI-VII sinif şagirdlərinin müxtəlif müsabiqə və bilik yarışlarına cəlbi səviyyəsini daha da yaxşılaşdırmaq, bu yaş qrupuna daxil olan şagirdlərin beynəlxalq və ölkədaxili olimpiada, müsabiqə, yarışlarda iştirak təcrübəsini artırmaq, istedadlı və elmə marağı olan şagirdləri vaxtında üzə çıxarmaq, onların meyil və bacarıqlarının daha da inkişaf etdirilməsi istiqamətində müvafiq iş aparılmasına zəmin yaradılmasını təmin etmək məqsədilə keçirilən olimpiadada məktəbimizin 6 və 7-ci sinif şagirdləri iştirak etmişdir