"Əsgərə məktub"

Müharibə şəraitində yeniyetmələrin, məktəblilərin ordumuza sevgisi təqdirəlayiqdir. Respublikamızda həyata keçirilən layihələrdən biri "Əsgərə məktub"dur. Belə ki, 74 nömrəli  məktəbin şagirdləri tanımadıqları əsgərlərə məktublar yazır, onlara arzu və istəklərini bildirirlər. Arzuların, istəklərin məzmunu xalqın arzusudur, istəyidir: torpaqlarımız işğaldan azad edilsin. Hər məktub bir ürəyin diqtəsidir, hər məktub bir vətəndaşın ordumuza, ordumuzun əsgərinə səmimi müraciətidir. Müxtəlif siniflərdə oxuyan şagirdlərin yazdığı məktublar təsdiqləyir ki, onlar Vətəni, ordumuzu sevir. Bu sevgi vətənpərvərlikdir. "Əsgərə məktub" layihəsi yeniyetmələrin vətənpərvərlik ruhunun formalaşması baxımından olduqca dəyərli layihədir və bu layihənin davamlı olacağına inanırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi