"Səhər yeməyini özüm hazırlayıram" adlı layihə

«Səhər yeməyinin uşaqlar üçün nə kimi əhəmiyyəti var?»
Məktəblərin açılması ilə əlaqədar uşaqların qida alışqanlıqlarında dəyişikliklər yaşana bilir. Xüsusən, 3 ay yay tətilindən sonra uşaqların gün rejiminin dəyişməsi ilə əlaqədar qidalanmalarında bir sıra problemlər ortaya çıxır. Şagirdlərin fiziki və zehni inkişafını tamamlamaq və müvəffəqiyyətli bir təhsil dövrü keçirmələri üçün bəslənmə rejimlərini yaratmaq çox vacibdir. Mütəxəssislərin fikrinə görə, məktəb dövründə yaradılan qida alışqanlığı gələcəkdə də düzgün qidalanma rejiminə təsir göstərir.
https://esmer90.blogspot.com/2020/05/shr-yemyinin-usaqlar-ucunn-kimi-hmiyyti.html?spref=fb&m=1
Beləki, 74 № li məktəbin ibtidai sinif müəllimi İradə Məlikova "Səhər yeməyini özüm hazırlayıram" adlı layihəni təşkil etdi. Layihədə 2"Ç" sinif şagirdləri həvəslə iştirak etdilər. İradə müəllimə şagirdləri xüsusi sertifikatla mükafatlandırdı:
- Əziz balalar! "Səhər yeməyini özüm hazırlayıram" layihəsi başa çatdı. Layihədə həvəslə iştirak edən , gözəl səhər yeməyi hazırlayan uşaqlara "Afərin!" Bu da əziz balalar, sizin sertifikatınız!!! Uğurlarınız bol olsun!