"Xocalı saqalmaz yaram mənim" adlı tədbir

      26 fevral tarixində 74 nomrəli tam orta məktəbdə Xocalı soyqırımının iyirmi səkkizinci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirildi. İbtidai sinif müəllimi İradə Məlikova rəhbəri olduğu 2 "Ç" sinif şagirdləri ilə birlikdə "Xocali saqalmaz yaram mənim" adli tədbir keçirdi. 

Tədbirdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər óz duyğularını şeirlər,  ədəbi-bədii kompozisiyalar vasitəsilə nümayiş etdirdilər. 

Tədbirin təşkil olunmasının əsas məqsədi Xocalı faciəsində həlak olanların xatirəsini ehtiramla yad etmək, məktəblilərdə vətənpərvərlik hissini yüksəltmək, Xocalı soyqırımı zamanı xalqımıza qarşı törədilən bəşəri cinayətlər barədə həqiqətləri onlara çatdırmaq, işğal altında olan torpaqlarımız haqqında şagirdləri məlumatlandırmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi