"Xocalı fəryadı" adlı tədbir

      74 nómrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Natavan Rzayeva 5"A" və 5"B" sinif şagirdləri ilə birlikdə Xocali soyqìrimina həsr olunmuş tədbir keçirdi. Tədbirdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Natəvan Rzayeva şagirdlərə Xocalı faciəsinin tarixindən bəhs edərək bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bədnam ermənilər xalqımıza qarşı növbəti qanlı təcavüzə əl ataraq dəhşətli soyqırım törədib, günahsız insanların başına vəhşiliklər gətirib, dinc sakinləri kütləvi şəkildə öldürüblər.

Şagirdlər Vətənə, doğma torpağa olan sədaqət və məhəbbət duyğularını şeirlər,  ədəbi-bədii kompozisiyalar vasitəsilə nümayiş etdirdilər. Faciənin canlı şahidi olmasalar da, eşitdiklərini uşaq təxəyyülü ilə rəsmlərə köçürmùşlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi