“Bədii ədəbiyyatda hikmətli sözlər” adlı layihə

24 yanvar 2020-ci ildə 74 nömrəli tam orta məktəbdə “Bədii ədəbiyyatda hikmətli sözlər” adlı layihə keçirildi. Layihəni məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nətavan Rzayeva 5”A” və 5”B” sinif şagirdləri ilə birlikdə hazırlamışdır. Şagirdlərin böyük həvəslə hazırladığı bu layihədə Azərbaycan xalqının yüz illər boyu yaratdığı şifahi xalq ədəbiyyatı onun tarixi, mədəniyyəti, mənəviyyatı, həyat tərzi, adətənənələri haqqında zəngin məlumat verən əsas qaynaqlardan bəhs olunurdu.