Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarım
Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ölməz ruhunu hər zaman uca tutan 74 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi də 19 yanvar tarixində Sabunçu rayonunda yerləşən Şəhidlər xiyabanını ziyarət edib.
Şəhidlər xiyabanına gələn kollektiv üzvləri Vətən uğrunda canlarından keçən oğul və qızlarımızın əziz xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüblər.